Azərbaycan jurnalistikasına ağır itki
Ölçü:


Azərbaycan Jurnalistlər Birliyinin ūzvū, tanınmış jurnalist Nazilə Nəriman martın 19-da  61 yaşında dūnyasını dəyişib.

Nazilə Nəriman qızı Atakişiyeva 1963-cū il martın 17-də Bakının Qobu qəsəbəsində doģulub. Azərbaycan Dövlət Pedoqoji İnsitutunu (indiki Azərbaycan Dövlət Pedoqoji Universitet) bitirdikdən sonra mənalı ömrūnū  jurnalistikaya bağlamışdı. O, "Ana Vətən" qəzetndə, daha sonra 10 il "İki sahil" qəzetində, 5 il "Space" televizyasında calışmışdır.

Nazilə xanım 2016-cı ildən mūstəqil jurnalist kimi fəaliyyət göstərmişdir. O, jurnalistikaya hörmət, nūfuz gətirən, bu peşəni sevdirən ziyalı yazar idi. Belə bir deyim var: "Torpaqdan yaranan bir gūn torpağa köcər". Amma insanların köcdūyū yerin bir ūnvanı da var: İnsanların qəlbi.

Sayılıb-secilmək, insanlar arasında hörmət sahibi olmaq hər adamın işi deyil. Būtūn bunları Nazilə xanım sağlığında qazanmışdı. Nazilə xanımın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!
Mirzəağa Məmmədli
Millitv.az saytının redaktoru
20.03.2024 17:34:00
Oxuma sayı: 1112