Ermənistanla sərhəddə 35 dirək quraşdırılıb
Ölçü:

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb.

Koordinat.az
xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Xidməti məlumat yayıb. Qeyd olunub ki, hər iki dövlətin ekspert qruplarının işi davam edir.
30.04.2024 10:10:00
Oxuma sayı: 620