Bələdiyyələrin qanunsuz verdiyi torpaqlar geri qaytarılıb
Ölçü:


Ötən il Azərbaycanda pozuntulara yol verən 143 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 26 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.

Koordinat.az
xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında qeyd olunub. Hesabatda bildirilir ki, ötən il 70 mindən çox bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib. Onlardan 2010-u Ədliyyə Nazirliyinin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib (2017-ci illə müqayisədə təxminən 22 faiz çox).

Eyni zamanda, görülən tədbirlər nəticəsində qanunsuz ayrılmış 5920 hektar (2017-ci illə müqayisədə təxminən 2.2 dəfə çox) torpaq sahəsi geri qaytarılıb.
05.03.2019 15:05:00
Oxuma sayı: 413