Zəngəzur dəhlizi erməniləri qorxuya salıb
Ölçü:


“Dörd kənddən sonra Vardenisdən (Basarkeçər) 10, Sünikdən (Zəngəzur) isə 8 daha kəndin Azərbaycana təhvil veriləcəyi barədə məlumatlar yayılır”.

Koordinat.az xəbər verir ki, bunu erməni politoloq Artur Xaçikyan deyib. Ermənistandakı “Hraparak” nəşri yazır ki, hələ ki, həmin 18 kəndin taleyi barədə hər hansı fikir söyləmək mümkün deyil: "İndi həmin kəndlərin Azərbaycana qaytarılıb-qaytarılmayacağını heç kəs deyə bilməz. Çünki bunu nə iqtidar, nə də müxalifət bilir, sadəcə, bu, bizi narahat edən söhbətdir. Kəndlər təhvil veriləndən sonra deyəcəklər ki, Vardenisi verdik, Vardenis bizim deyildi. Daha sonra deyəcəklər: Süniki verdik, çünki bizim deyildi və sairə. Zəngəzur dəhlizi adlandırılan yolun inşası artıq başlayıb. Bir çoxu deyir ki, Azərbaycanı Naxçıvanla birləşdirəcək bu yolun Ermənistan hissəsində iş aparılır. Hazırda bu mövzuda suallara dəqiq cavab almaq mümkün deyil".

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və ölkələrarası dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunmuş 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.
01.05.2024 12:53:00
Oxuma sayı: 598