Ermənistanın Ədliyyə Nazirliyi 4 kəndin Azərbaycana məxsusluğunu etiraf etdi
Ölçü:

Ermənistanın  Ədliyyə Nazirliyi 19 aprel razılaşması əsasında geri qaytarılan 4 kənd Azərbaycana məxsus olduğunu etiraf edib.

Koordinat.az xəbər verir ki, bu barədə Ermənistan Ədliyyə Nazirliyi məlumat yayıb. Nazirlik xatırladıb ki, SSRİ-də qüvvədə olan xəritələrə görə 4 kənd Sovet Azərbaycanına məxsus olub: "Demarkasiyanın başa çatmasına dair sənəd parlament tərəfindən ratifikasiya olunacaq və Ermənistan və Azərbaycan arasında dövlət sərhədi haqqında beynəlxalq müqavilə olacaq".

Məlumatda qeyd olunub ki, sərhəd dirəklərinin quraşdırılması da tərəflərin razılaşdırdığı xəritələr əsasında baş verir. Bildirilib ki, İrəvan və Bakının delimitasiya üzrə komissiyalarının imzaladığı protokolda mayın 15-dək sərhədin müəyyən hissəsi təsdiq edilməlidir. Bundan sonra həmin əraziyə sərhəd qoşunları yerləşdiriləcək.

Ermənistan Ədliyyə Nazirliyi onu da bəyan edib ki, son günlər delimitasiya və demarkasiya üzrə komissiyanın işi və Tavuş vilayətində aparılan proseslə bağlı bir sıra yalan və çaşdırıcı tezislər səslənir. Nazirlik əlavə edib ki, "Ermənistan Respublikasının inzibati ərazi bölgüsü haqqında" qanununa əsasən, ölkənin ərazisinə sözügedən 4 kənd daxil deyil.
30.04.2024 09:32:00
Oxuma sayı: 625