Cavanşir Feyziyev: "Qərbin nə istədiyini anlamaq olmur"
Ölçü:


“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahibi Azərbaycan idi”.

Koordinat.az xəbər verir ki, bunu Azərbaycan Televiziyasının efirində millət vəkili Cavanşir Feyziyev bildirib. O qeyd edib ki, Azərbaycan dövləti Rusiya sülhməramlılarının apardığı yüksək qiymətləndirib.

“Sülhməramlılar Qarabağa gələndə ermənilərin havadarları bundan narazılıq edirdilər. Amma zamanında Rusiya sülhməramlılarının burada olması vacib idi.  İndi Rusiya sülhməramlıları gedib, yenə narazılıq edirlər. Anlamaq olmur ki, Qərb nə istəyir?", - Cavanşir Feyziyev bildirib.

20.04.2024 17:00:00
Oxuma sayı: 604