Ohanyan da Qazaxın kəndlərinin qaytarılmasına qarşı çıxır
Ölçü:


Ermənistan parlamentinin deputatı, hərbi cinayətkar Seyran Ohanyan yenidən Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edib.

Koordinat.az
xəbər verir ki, separatçı iddialarını davam etdirən Ohanyan Bağanıs Ayrım, Xeyrimli, Aşağı Əskipara və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılmasına qarşı çıxıb. Təxribatçı ritorikasında bir qədər də irəli gedən bu kəndlərin “erməni” olması sayıqlamasını dilə gətirib: “Bunlar erməni kəndləridir, bizim nəzarətimizdədir”.

Hərbi cinayətkar Seyran Ohanyan bundan əvvəl Ermənistan ordusunu ölkə rəhbərliyinə tabe olmamağa, kəndlərin təhvil verilməsinin qarşısını almağa çağırıb. Ondan fərqli olaraq, digər hərbi cinayətkar, keçmiş prezident Serj Sərkisyan kəndlərin 1990-cı illərdə işğal edildiyini dolayısı ilə etiraf edib. Amma o da buna rəğmən, ərazilərin qaytarılmasına qarşı çıxıb.

Hər iki şəxs 1990-cı illərdə Azərbaycan ərazilərində törədilən hərbi cinayətlərə görə məsuliyyət daşıyır.
09.04.2024 12:55:00
Oxuma sayı: 677