İrəvanda “azərbaycanlı diversant” kimi saxlanılan şəxs azad olunub
Ölçü:

Sosial şəbəkələrdə İrəvanın mərkəzində “azərbaycanlı diversant”ın saxlanması ilə bağlı yayılan məlumatlar reallığa uyğun deyil.

Koordinat.az xəbər verir ki, bunu Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan erməni mətbuatına açıqlamasında bildirib. Onun sözlərinə görə, aprelin 8-də saat 23:25 radələrində İrəvan şəhərində polislər narkotik saxlamaqda və istifadə etməkdə şübhəli bilinən Rusiya Federasiyasının vətəndaşını saxlayıb. Lakin axtarış zamanı onun üzərindən narkotik maddə aşkar edilməyib.

Tutulan şəxs Ermənistan Respublikasında turizm məqsədilə olduğu müəyyən edilib. Müvafiq yoxlamalardan sonra həmin şəxs sərbəst buraxılıb.

Xatırladaq ki, ermənilərə məxsus Telegram kanalları bundan öncə İrəvanın mərkəzində həbs edilən şəxsin "azərbaycanlı diversant" olduğunu əks olunduğu video yaymışdı.


09.04.2024 11:02:00
Oxuma sayı: 799