Şevçenko: "Azərbaycanlıların Ermənistandan qovulması böyük faciə idi"
Ölçü:

"Erməniləri Qarabağdan heç kim qovmayıb. Azərbaycan dəfələrlə təminat verib ki, ermənilər Qarabağda yaşaya, mədəni və dini muxtariyyətə sahib ola bilərlər. Ona görə də ermənilərin Qarabağdan getmələri onların öz qərarları idi".

Koordinat.az xəbər verir ki, bunu rusiyalı politoloq Maksim Şevçenko Ermənistanın “Van” radiosuna müsahibəsində deyib. O, həm 1948-1953 və 1988-ci illərdə Qərbi azəraycanlılaqrın doğma yurd-yuvasından qovulmasını, həm də 1990-cı illərin əvvələrində ermənilərin Qarabağda həyata keçirdiyi etnik təmizləməni nəzərdə tutaraq baş verənləri "böyük faciə adlandırıb: "1990-cı illərin əvvəllərində 300-350 min azərbaycanlının Ermənistandan qovulması böyük faciə idi. İnsanlar əsrlər, minilliklər boyu yaşadıqları vətəndən məhrum oldular. Birinci müharibə zamanı Qarabağda baş verənlər isə etnik təmizləmə idi. Əraziləri işğal edərək bu insanları sadəcə olaraq şərqə tərəf qovdular. Azərbaycan kəndləri, qəbirləri, məscidləri dağıdıldı. Bu, etnik təmizləmə idi". 

Politoloq vurğulayıb ki, etnik təmizlənmənin dayandırılması və insanların qovulduqları yerlərə qaytarılması doğru haldır: "Etnik təmizləmə qorxunc cinayətdir. Fərq ondadır ki, 2023-cü ildə Qarabağda yaşayan ermənilərə heç kim “buradan gedin” demədi, amma azərbaycanlılara “hələ imkanınız varsa, qaçın” demişdilər”.

08.04.2024 17:10:00
Oxuma sayı: 787